İş vaxtı
- Bazar Ertəsi – Şənbə
Poliklinika: 09:00 - 15:30
Laboratoriya 24 saat
Təcili yardım 24 saat - Bazar günü iş saatları
Laboratoriya 24 saat
Təcili Tibbi Yardım 24 saat
Əlaqə
E-mail
[email protected] 
Haqqımızda
Respublika Diaqnostika Mərkəzi
Respublika Diaqnostika Mərkəzi- peşəkar həkimlərə və tibb işçilərinə, geniş tibbi infrastruktura və texnologiyaya malik, pasiyent yönümlü, müasir bir tibb müəssisəsidir.Mərkəzimiz, Azərbaycanda 2016-cı ildən indiyə kimi 4 dəfə JCI (Joint Commission International) beynəlxalq akkreditasiyasını qazanan yeganə klinikadır. Kompleks 1,6 hektarı əhatə edən, ictimai nəqliyyata və metroya yaxın ərazidə yerləşir. Kompleks bir-biri ilə əlaqələndirilmiş Diaqnostika Mərkəzi, Ürək Mərkəzi, İnzibati bina, o cümlədən, Oftalmologiya, Qan Bankı, çamaşırxana, və mərkəzləşdirilmiş oksigen təchizatı stansiyasından ibarətdir. Kompleksin ərazisində pasiyentlərin keyfiyyətli istirahəti üçün qapalı qış parkı, açıq havada yaşıllıq zonası, yeməkxana, kafe və gözləmə zalları mövcuddur. Bundan əlavə, pasiyentlərin, işçilərin və ziyarətçilərin rahatlığını təmin etmək məqsədilə 100-dən yuxarı avtomobil tutumlu yeraltı və açıq avtomobil dayanacaqları da yaradılmışdır.
Peşəkar və etibarlı tibbi xidmətlər
Xidmətlərimizlə tanış olun
Klinikamızda müasir tibbin ən son nailiyyətləri, yüksək peşəkarlığa malik həkim komandası və qabaqcıl texnologiyalarla təchiz edilmiş geniş spektrli tibbi xidmətlər təqdim olunur. Məqsədimiz hər bir pasiyent üçün dəqiq diaqnostika, effektiv müalicə və fərdi yanaşmanı təmin etməkdir. Sağlamlığınız bizim üçün prioritetdir.
Peşəkar həkim komandası
Təcrübəli və ixtisaslı mütəxəssislər
Müasir tibbi avadanlıqlar
Dəqiq diaqnoz və effektiv müalicə
Kompleks xidmətlər
Diaqnozdan müalicəyə tam dəstək
Sizin sağlamlığınız bizim missiyamızdır
24/7 qayğı və etibar

















