Neyrofiziologiya

Neyrofiziologiya fiziologiyanın sinir sistemi ilə məşğul olan hissəsidir. Mərkəzi sinir sistemində və əzələ sistemində baş verən problemlərin diaqnozuna kömək edir. Neyrofiziologiya, digər b...

Müraciət et
  • Peşəkar həkim komandası
  • Müasir tibbi avadanlıqlar
  • Kompleks xidmətlər
  • Sizin sağlamlığınız bizim missiyamızdır

Xidmət haqqında

Neyrofiziologiya fiziologiyanın sinir sistemi ilə məşğul olan hissəsidir. Mərkəzi sinir sistemində və əzələ sistemində baş verən problemlərin diaqnozuna kömək edir. Neyrofiziologiya, digər biologiya elmləri kimi, multidissiplinar bir elmdir.

Neyrofiziologiya və nevrologiya arasındakı ən əhəmiyyətli fərq odur ki, nevrologiya müalicəyə daha çox diqqət yetirən , neyrofiziologiya isə diaqnoza daha çox üstünlük verən sahələrdir.

Mərkəzimizdə həyata keçirilən neyrofizioloji xidmətlər:

Video EEQ (Elektroensefaloqrafiya) monitorinqi 
  • Rutin video EEQ monitorinq çəkilişləri
  • Gündüz (1-4 saat) və gecə yuxusu (4-8 saat) zamanı video EEQ monitorinq çəkilişləri
  • Uzunmüddətli sutka ərzində palata şəraitində video EEQ monitorinq çəkilişləri
  • Klinikadan kənar ev şəraitində və digər klinikalarda intensiv terapiya şöbələrində EEQ çəkilişi

ENMQ (elektroneyromioqrafiya) müayinələri
  • Stimulyasion EMQ
  • İynəli EMQ 
  • Dekrement test - Repetativ stimulyasiya
  • Facial (üz) EMQ müayinəsi və Blink reflex

Çağırılmış potensiallar

  • VEP Pattern - Çağırılmış görmə potensialları
  • SEP - Somatosensor çağırılmış potensiallar

Müayinə olunan xəstəliklər:

EEQ müayinəsi ilə

  • Epilepsiya (bütün yaş dövrləri üçün tətbiq olunur)
  • Neonatal qıcolmalar, uşaqlarda və böyüklərdə epileptik tutmalar, ensefalopatiyalar, müxtəlif paroksizmal hallar,
    enurez, baş ağrıları, tiklər, nitq geriliyi, autizm və s. 
  • Bayılma, sinkopa, non epileptik paroksizmal hallar.
  • Koma, beyin ölümü

ENMQ müayinəsi ilə

  • Mononeyropatiyalar, üz siniri neyropatiyası
  • Tunel sindromlar - Karpal tunel sindromu, Kubital tunel sindromu, Giyon kanalı sindromu, Fibulyar tunel sindromu, Tarzal tunel sindromu və s.
  • Polineyropatiyalar-irsi, metabolik, infeksion, toksik, autoimmun - Giyyen Barre sindromu və s.
  • Pleksopatiyalar - bazu pleksiti, radikulopatiyalar
  • Miopatiyalar, polimiozit
  • Moto-neyron patalogiya - ALS
  • Miasteniya

Çağırılmış potensiallar ilə

  • Demielinizəedici xəstəliklər, dağınıq skleroz
  • Optik nevrit




Bu xidmətlə bağlı müraciət etmək istəyirsiniz? Müraciət et
Neyrofiziologiya
Sorğu üçün müraciət blankı

Müraciətinizi göndərin, komandamız sizinlə qısa zamanda əlaqə saxlasın.

Müraciətiniz göndərildikdən sonra operatorlarımız sizinlə qısa zamanda əlaqə saxlayacaq.
RDM AI köməkçi
AI: Salam! Mən RDM AI köməkçisiyəm.

Sizə kömək edə bilərəm:
• Xəstəliklər haqqında məlumat
• Uyğun həkimi tapmaq
• Klinik xidmətlər barədə məlumat

Sualınızı yazın və mən sizə kömək edim.
Kardioloq varmı?MRT varmı?Uşaq həkimi varmı?Təcili yardım varmı?Analiz necə verilir?
RDM AI köməkçi
913
WhatsApp +994 50 229 81 90