- Peşəkar həkim komandası
- Müasir tibbi avadanlıqlar
- Kompleks xidmətlər
- Sizin sağlamlığınız bizim missiyamızdır
Xidmət haqqında
Respublika Diaqnostika Mərkəzindəki kardiologiya şöbəsi, ürək-damar xəstəliklərinin ən müasir üsullarla diaqnostikası, müayinəsi və müalicəsi sahəsində geniş spektrli xidmətlər təqdim edir. Təcrübəli həkimlərdən ibarət komandamız, xəstələrə yüksək səviyyədə xidmət göstərmək üçün ən müasir diaqnostik və müalicə avadanlıqlarından istifadə edirlər.
Şöbəmiz ürək-damar xəstəliklərinin aşkarlanması və effektiv müalicəsi sahəsində ölkənin qabaqcıl tibbi mərkəzlərindən biri kimi tanınır. Bizim məqsədimiz yalnız xəstələrimizə ən yaxşı tibbi yardımı göstərmək deyil, həm də onların uzunmüddətli sağlamlıq vəziyyətini yaxşılaşdırmaqdır.
Kardioloji şöbəmizdə geniş miqyaslı diaqnostik testlər və müayinələr aparılır. Bu müayinələrə EKQ (Elektrokardioqrafiya), Holter monitorinqi, fiziki yük testi (Stress test), Exokardioqrafiya, Transezofagial Exo (TEE), Stress Exokardioqrafiya və ambulator qan təzyiqi monitorizasiyası daxildir. Bu prosedurlar, ürək xəstəliklərini erkən mərhələlərdə aşkarlamaq və effektiv müalicə planı hazırlamaq üçün əsaslı məlumat verir.
Bundan əlavə, şöbədə müxtəlif invaziv və qeyri-invaziv müalicə üsulları həyata keçirilir. Mərkəzdə kardioversiya, müvəqqəti süni ritm aparıcısı (Pacemaker) tətbiqi, intaortik balon pompası tətbiqi kimi invaziv prosedurlar icra edilir. Bu prosedurlar vasitəsilə xəstələrə yüksək riskli ürək xəstəlikləri ilə mübarizədə dəstək olmaq mümkündür. Koronar angioqrafiya və PTKA (Perkutan trans luminal angioplastika) kimi müasir texnologiyalar ürəyin qan damarlarında tıxanıqlığın aradan qaldırılmasında mühüm rol oynayır. Bu müalicələrə yüksək riskli PTKA və stend tətbiqi, xroniki total okkluziyalarda PTKA və stend daxildir.
Bundan başqa, şöbədə ürək boşluqlarının kateterizasiyası, ICD (Implantable Cardioverter Defibrillator), CRT (Cardiac Resynchronization Therapy), TAVİ (Transcatheter Aortic Valve Implantation) kimi irəliləmiş kardioloji müalicələr də tətbiq olunur. Anadangəlmə ürək qüsurlarının diaqnostikası və müalicəsi də şöbənin mühüm xidmətlərindən biridir.
Şöbənin prioritetləri arasında xəstələrin həyat keyfiyyətini artırmaq, ürək-damar xəstəliklərinin ağırlaşmalarının qarşısını almaq və onların uzunmüddətli sağlamlıq vəziyyətini izləmək də yer alır. Xəstələrə fərdi yanaşma, hər bir prosedurun detallı izahı və ən müasir müalicə metodlarının tətbiqi mərkəzin əsas prinsiplərindəndir.
Mərkəzimizdə aparılan kardioloji müayinələr:
- EKQ
- Holter monitorinqi
- Fiziki yük testi (Stress test)
- Exokardioqrafiya
- Transezofagial exo (TEE)
- Stress Exokardioqrafiya
- Ambulator qan təzyiqi monitorizasiyası
- Kardioversiya
- Müvəqqəti süni ritm aparıcısı (Pacemaker) tətbiqi
- İntaortik balon pompası tətbiqi
- Koronar angioqrafiya
- PTKA (Perkutan trans luminal angioplastika)
- Yüksək riskli PTKA və stent tətbiqi
- Xroniki total okkluziyalarda PTKA və stend
- Ürək boşluqlarının kateterizasiyası
- ICD
- CRT
- TAVİ
- Anadangəlmə ürək qüsurları
Müraciətinizi göndərin, komandamız sizinlə qısa zamanda əlaqə saxlasın.
Kardiologiya xidmətləri
Ürək Check-UpÜrək check-up ürək və damar sisteminin ümumi vəziyyətini qiymətləndirmək üçün aparılan kompleks tibbi müayinələr paketidir. Bu müayinələr ürək xəstəliklərinin erkən mərhələdə aşkar... Ardına bax
Kardioloji müayinəKardioloji müayinə ürək və damar sisteminin vəziyyətini qiymətləndirmək, ürək xəstəliklərini erkən mərhələdə aşkar etmək və düzgün müalicə planı hazırlamaq üçün aparılan kompleks t... Ardına bax
Ürək yoxlamasıÜrək yoxlaması ürək-damar sisteminin vəziyyətini qiymətləndirmək və mümkün xəstəlikləri erkən mərhələdə aşkar etmək üçün aparılan kompleks tibbi müayinələr toplusudur. Müasir dövrd... Ardına bax
Ürək həkimiÜrək həkimi – yəni kardioloq – ürək və damar sistemi xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olan tibb mütəxəssisidir. Ürək-damar xəstəlikləri dünyada... Ardına bax
KardioloqKardioloq ürək və damar sistemi xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olan həkim-mütəxəssisdir. Müasir həyat tərzi, stress, qeyri-sağlam qidalanma v... Ardına bax
Kardiologiya mərkəziKardiologiya mərkəzi ürək və damar sistemi xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olan tibbi bölmədir. Müasir dövrdə ürək-damar xəstəlikləri ən geniş... Ardına bax
Kardiologiya xidməti və ürək müayinəsiKardiologiya ürək və damar sistemi xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olan tibbi sahədir. Müasir həyat tərzi, stress, qeyri-sağlam qidalanma və f... Ardına bax
Ürək damar yoxlanışıÜrək-damar xəstəlikləri dünyada ən geniş yayılmış sağlamlıq problemlərindən biridir. Müasir həyat tərzi, stress, qeyri-sağlam qidalanma və fiziki aktivliyin az olması ürək və damar... Ardına bax
EKQ müayinəsi BakıdaElektrokardioqrafiya (EKQ) ürəyin elektrik fəaliyyətini qeydə alan və ürək-damar xəstəliklərinin diaqnostikasında geniş istifadə olunan əsas tibbi müayinələrdən biridir. Bu müayinə... Ardına bax
Ürək ritm pozuntusu diaqnostikasıÜrək ritm pozuntusu (aritmiya) ürəyin normal ritminin dəyişməsi ilə xarakterizə olunan ürək-damar xəstəliklərindən biridir. Bu zaman ürək döyüntüləri normadan daha sürətli, daha ya... Ardına bax
Kardioloq qəbuluna yazılÜrək-damar xəstəlikləri dünyada ən geniş yayılmış sağlamlıq problemlərindən biridir. Ürək döyüntüsünün artması, sinə ağrısı, nəfəs darlığı, tez yorulma və ya yüksək qan təzyiqi kim... Ardına bax
Hipertoniya müalicəsi BakıdaHipertoniya (arterial hipertenziya) ürək-damar sisteminin ən geniş yayılmış xəstəliklərindən biridir. Yüksək qan təzyiqi uzun müddət nəzarətsiz qaldıqda ürək infarktı, insult, böyr... Ardına bax 







