Hər döngədə sağlamlıq

Ana səhifəBloqlarHər döngədə sağlamlıq
22.09.2026

“Formula 1” yarışları yalnız sürət və texnologiyanın deyil, eyni zamanda peşəkar tibbi xidmətin vacibliyinin nümayişidir. Respublika Diaqnostika Mərkəzinin (RDM) İcraçı direktoru Dr. Rəşid Vəzirov 2016-cı ildən etibarən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) tibbi xidmətinə rəhbərlik edir.

2025-ci il Formula 1 Azərbaycan Qran-prisində 335 nəfərlik tibbi heyət və 20-dən çox təcili tibbi yardım maşını yarış iştirakçılarına və tamaşaçılara xidmət göstərmişdir. Bu ilki sıralama turunda baş verən bir neçə qəza nəticəsində rekord sayda – altı dəfə qırmızı bayraq qaldırılmış və sessiya dayandırılmışdır. Bu, Bakı yarışını Formula 1 tarixində ən çox qırmızı bayrağın qaldırıldığı sıralama turuna çevirmişdir.

RDM olaraq bizim üçün bu cür beynəlxalq tədbirlərdə iştirak təkcə tibbi xidmət deyil, həm də milli təmsilçilik və peşəkarlığın göstəricisidir. Mütəxəssislərimizin beynəlxalq təcrübələrdə biliklərini paylaşması ölkəmiz adına böyük qürurdur.

RDM – Sağlamlığınızın Ünvanı!

RDM AI köməkçi
AI: Salam! Mən RDM AI köməkçisiyəm.

Sizə kömək edə bilərəm:
• Xəstəliklər haqqında məlumat
• Uyğun həkimi tapmaq
• Klinik xidmətlər barədə məlumat

Sualınızı yazın və mən sizə kömək edim.
Kardioloq varmı?MRT varmı?Uşaq həkimi varmı?Təcili yardım varmı?Analiz necə verilir?
913