
Mama-ginekoloq
Naidə İsmayılova
Təhsil, təkmilləşdirmə
- İ.M. Seçenov adına Moskva Tibb Akademiyası, mama-ginekologiya üzrə klinik ordinatura.
- Rusiya Federasiyasında endoskopiya üzrə ixtisasartırma kursları.
- Qadın xəstəlikləri və qadın cərrahiyyəsi üzrə ixtisaslaşmış təlimlər.
- Türkiyədə “Reproduktiv səhiyyə xidmətlərində və kommunikasiyada kütləvi informasiya vasitələrinin metodları” mövzusunda praktiki təhsil kursu.
Təcrübə və Bacarıqlar
- 2001–2004 — Rusiyanın müxtəlif doğum evləri və klinik xəstəxanaları, mama-ginekoloq.
- 2004–2013 — Azərbaycan Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, mama-ginekoloq.
- 2013-cü ildən — Caspian International Hospital, mama-ginekoloq.
- Mama-ginekoloji müayinə və konsultasiya.
- Hamiləliyin təqibi.
- Təbii doğuş və keysəriyyə əməliyyatı.
- Ginekoloji xəstəliklərin diaqnostikası və müalicəsi.
- Qadın xəstəlikləri üzrə cərrahi müdaxilələr.
- Endoskopik ginekoloji prosedurlar.
Həkim haqqında
Naidə İsmayılova cərrah mama-ginekoloqdur. İ.M. Seçenov adına Moskva Tibb Akademiyasında mama-ginekologiya üzrə klinik ordinatura təhsili almışdır.
2001–2004-cü illərdə Rusiyanın müxtəlif doğum evlərində və klinik xəstəxanalarında mama-ginekoloq kimi fəaliyyət göstərmişdir. Bu müddət ərzində peşəkar biliklərini inkişaf etdirmək məqsədilə endoskopiya, qadın xəstəlikləri və qadın cərrahiyyəsi üzrə ixtisasartırma təlimlərində iştirak etmişdir.
2004–2013-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda mama-ginekoloq kimi çalışmışdır.
2013-cü ildən Caspian International Hospital-da mama-ginekoloq kimi fəaliyyət göstərir.

Pasiyent rəyləri
0 təsdiqlənmiş rəy
Rəy əlavə edin
Göndərilən rəylər yoxlanıldıqdan sonra saytda yayımlanır.
Rəyiniz moderasiyadan keçdikdən sonra yayımlanacaq.