Haqqımızda
Respublika Diaqnostika Mərkəzi
Respublika Diaqnostika Mərkəzi, peşəkar həkimlərə və tibb işçilərinə, geniş tibbi infrastruktura və texnologiyaya malik, pasiyent yönümlü, müasir bir tibb müəssisəsidir. Kompleks 1,6 hektarı əhatə edən, ictimai nəqliyyata və metroya yaxın ərazidə yerləşir.
Mərkəz bir-biri ilə əlaqələndirilmiş Diaqnostika Mərkəzi, Ürək Mərkəzi, İnzibati bina,o cümlədən, Oftalmologiya Mərkəzi, Qan Bankı, Estetik Mərkəz, camaşırxana, aptek və oksigen təhcizatı təsisatı ilə əhatələndirilmişdir. Kompleksin ərazisində pasiyentlərin keyfiyyətli istirahəti üçün qapalı qış parkı, açıq hava parkı, yeməkxana, qonaq otaqları mövcuddur. Bundan əlavə,pasiyentlərin, işçilərin və ziyarətçilərin rahatlığını təmin etmək məqsədilə 100 avtomobil tutumlu yeraltı və açıq avtomobil dayanacağı da yaradılmışdır.
Mərkəzin bütün profiləri əhatə etməklə ümumiliktə 133 çarpayı fondu vardır.
Bundan əlavə mərkəzdə tibbi texnologiyalar, cihaz və avadanlıqlarla tam təmin olunmuş, təcili yardım bölməsi, 10 cərrahi əməliyyat otağı reanimasiya şöbəsi, doğum otaqları, yeni doğulmuşlar və pediatriya bölmələri mövcuddur.
RDM yerli və əcnəbi pasiyentlərə çoxşaxəli və yüksək keyfiyyətli tibbi xidmət təklif edir. Mərkəz Terapiya, Kardiologiya, Nevrologiya, Endokrinologiya, Qulaq-burun-boğaz, Peşə sağlamlığı, İnvaziv kardiologiya, Oftalmologiya, Urologiya, Pediatriya/neonatologiya, Qastroenterologiya\Hepatologiya, Cərrahi xəstəliklər, Ginekologiya, Travmatologiya və Ortopediya, Reabilitasiya və Fizioterapiya kimi xidmətlərin daxil olduğu Ambulator bölmədən; Ürək-damar cərrahiyyəsi,Uroloji cərrahiyyə, Neyrocərrahiyyə, Qulaq- Burun -Boğaz cərrahiyyəsi, Travmatologiya və Ortopediya, Ümumi cərrahiyyə, Mama-Ginekologiya,7\24 fəaliyyət göstərən Təcili yardım və Reanimasiya xidmətlərinin aparıldığı Stasionar bölmədən ibarətdir. Əlavə olaraq, xəstəliklərin ilkin diaqnostika və təqibi üçün yüksək keyfiyyəti diaqnostika bölməmizdə Laboratoriya, İnvaziv radiologiya,Radiologiya, o cümlədən, EKQ,Treadmill, Holter monitorinqi kimi kardioloji diaqnostika xidmətləri mövcuddur.
Mərkəzimiz Azərbaycanda 3-cü JCI beynəlxalq akreditasiyasını qazanan yeganə klinikadır.. Biz pasiyentlərin təhlükəsizliyini, məxfiliyini, səhiyyə xidmətlərinin davamlı təkmilləşdirilməsini təmin etmək məqsədilə keyfiyyət təminatı və nəzarəti şöbəsinə xüsusi diqqət ayırmışıq. Buraya həmçinin infeksiyaya nəzarət və biotəhlükə qaydaları daxildir.
Müdavimlərin,tələbələrin və yerli mütəxəssislərin təhsilinin davamlı inkişafı Respublika Diaqnostika Mərkəzinin prioritetlərindən biridir. Tədris proqramı çərçivəsində Azərbaycan Tibb Universitetinin əməkdaşlığı ilə yeni təhsil mərkəzi yaratdıq. Bu, müdavimlər üçün rəqəmsal endoskopik cərrahiyyə cihazlarına çıxış imkanıdır.
Eləcə də, təlimlər rezidentlər və tibb Universitetinin tələbələri üçün canlı olaraq keçirilir.
RDM - sağlam cəmiyyətin təminatçısıdır.
RDM - uşaqlar və yetkin yaşlı insanlar üçün tibbi mərkəz olub, beynəxalq standartların, yerli mütəxəssislərin peşəkarlığının və yeni dünyavi texnologiyaların vəhdətini təşkil edir. Bizim Mərkəz kliniki tədris və təcrübənin tətbiqi sayəsində ən yaxşı müalicəni təklif edir.
Cabir Əliyev
Partnyorlar