Məxfilik siyasəti

Ana səhifəMəxfilik siyasəti

Bu Məxfilik Siyasəti (bundan sonra “Siyasət”) https://www.rdm.az domenində yerləşən Respublika Diaqnostika Mərkəzi (bundan sonra “RDM”) rəsmi internet səhifəsində istifadəçilər tərəfindən təqdim olunan şəxsi məlumatların toplanması, istifadəsi və qorunması qaydalarını tənzimləyir.

 

1. Terminlərin Təyin Edilməsi

1.1. “Sayt Administrasiyası” – RDM adından fəaliyyət göstərən və bu saytda şəxsi məlumatların toplanmasına və işlənməsinə cavabdeh olan səlahiyyətli heyət.

1.2. “Şəxsi məlumatlar” – müəyyən və ya müəyyən edilə bilən fiziki şəxsə aid edilə bilən hər hansı məlumat (məsələn: ad, soyad, əlaqə vasitələri, elektron poçt və s.).

1.3. “Məlumatların işlənməsi” – şəxsi məlumatlarla aparılan istənilən əməliyyatlar (toplama, saxlanma, istifadəsi, ötürülməsi, silinməsi və s.).

1.4. “İstifadəçi” – RDM-in veb saytına daxil olan və onun xidmətlərindən istifadə edən hər bir fiziki şəxs.

1.5. “Cookies” – istifadəçinin brauzerində saxlanılan və saytın istifadə təcrübəsini yaxşılaşdırmaq üçün istifadə olunan kiçik məlumat faylları.

1.6. “IP ünvan” – istifadəçinin şəbəkəyə qoşulan cihazına aid edilən unikal identifikasiya nömrəsi.

 

2. Ümumi Şərtlər

2.1. İstifadəçi rdm.az saytından istifadə etməklə bu Məxfilik Siyasətinin şərtləri ilə razılaşdığını təsdiqləyir.

2.2. Məxfilik şərtləri ilə razılaşmayan istifadəçi saytdan istifadəni dərhal dayandırmalıdır.

2.3. Bu siyasət yalnız rdm.az saytına aiddir və RDM-in kənar keçidlər verdiyi üçüncü tərəf saytlarına şamil olunmur.

 

3. Toplanan Məlumatlar

3.1. Sayt vasitəsilə toplanan şəxsi məlumatlar aşağıdakılardır:

  • Ad, soyad, ata adı

  • Əlaqə nömrəsi

  • Elektron poçt ünvanı

  • Şikayət və ya rəy formaları vasitəsilə daxil edilən məzmun

  • Müayinəyə onlayn yazılma zamanı təqdim olunan məlumatlar

  • Cookies və IP ünvan məlumatları

 

3.2. Məlumatlar aşağıdakı yollarla toplanır:

  • Onlayn formaların doldurulması

  • Saytın avtomatik analitik sistemləri (Google Analytics və s.)

 

4. Məlumatların İstifadə Məqsədləri

RDM istifadəçi məlumatlarını aşağıdakı məqsədlərlə toplayır və istifadə edir:

  • Tibbi xidmətlərin göstərilməsi üçün müraciətlərin emalı

  • İstifadəçi ilə əlaqənin qurulması

  • Müayinə və prosedur nəticələrinin bildirişləri

  • Rəylərin və şikayətlərin cavablandırılması

  • Saytın texniki inkişafı və statistik analiz

  • Təhlükəsizlik tədbirlərinin təmin edilməsi

  • RDM-in xidmətləri haqqında məlumatların göndərilməsi (istifadəçi razılığı ilə)

 

5. Məlumatların Saxlanması və Mühafizəsi

5.1. İstifadəçi məlumatları qanuni əsaslarla, müəyyən olunmuş müddət ərzində və yalnız yuxarıda göstərilən məqsədlər üçün saxlanılır.

5.2. Məlumatlar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən üçüncü tərəflərə təqdim edilə bilər (məs., dövlət orqanları).

5.3. Sayt administrasiyası şəxsi məlumatların icazəsiz giriş, dəyişiklik, yayım və məhv olunmasının qarşısını almaq üçün texniki və təşkilati tədbirlər görür.

 

6. İstifadəçinin Hüquqları və Öhdəlikləri

6.1. İstifadəçi təqdim etdiyi məlumatların düzgün və aktual olmasına cavabdehdir.

6.2. İstifadəçi istənilən vaxt şəxsi məlumatlarının yenilənməsi və ya silinməsi üçün müraciət edə bilər.

6.3. Sayt administrasiyası istifadəçi məlumatlarını üçüncü şəxslərə satmamaq, paylaşmamaq və yaymamaq öhdəliyini götürür.

 

7. Məsuliyyət və Mübahisələrin Həlli

7.1. RDM, şəxsi məlumatların qanunsuz istifadəsi hallarında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.

7.2. İstifadəçi tərəfindən təqdim edilən məlumatların düzgün olmaması nəticəsində yaranan hər hansı ziyana görə RDM məsuliyyət daşımır.

7.3. Mübahisələr ilkin olaraq tərəflər arasında danışıqlar yolu ilə həll edilir, razılıq əldə olunmadıqda məsələ məhkəməyə təqdim oluna bilər.

 

8. Dəyişikliklər

8.1. RDM bu Məxfilik Siyasətinə istifadəçini əvvəlcədən xəbərdar etmədən dəyişiklik edə bilər.

8.2. Siyasətdə edilən dəyişikliklər saytda dərc olunduğu andan etibarən qüvvəyə minir.

 

9. Əlaqə

Bu Məxfilik Siyasəti ilə bağlı suallarınızı və ya təkliflərinizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.