Böyrək xərçəngi alın nahiyəsindən metastaz verdi: RDM-də nadir əməliyyat

Ana səhifəXəbərlərBöyrək xərçəngi alın nahiyəsindən metastaz verdi: RDM-də nadir əməliyyat
11.12.2025

Respublika Diaqnostika Mərkəzində (RDM) nadir və mürəkkəb tibbi hadisə uğurla idarə olunmuşdur. Başqa bir tibb müəssisəsində zərərsiz hesab edilən alın nahiyəsindəki şiş, RDM-də aparılan ətraflı müayinələr nəticəsində böyrək xərçənginin metastazı kimi diaqnoz edilmişdir.

Yüksək dəqiqliyə malik diaqnostik müayinələr, multidissiplinar yanaşma və həkim-mütəxəssislərin konsilium qərarı əsasında xəstə üzərində nadir və yüksək riskli cərrahi əməliyyat icra olunmuşdur. Əməliyyat uğurla başa çatmış, hazırda xəstənin vəziyyəti stabildir və müalicə prosesi davam etdirilir.

Bu hadisə bir daha göstərir ki, xərçəng xəstəliklərinin vaxtında və düzgün diaqnostikası həyat qurtarır. Respublika Diaqnostika Mərkəzi müasir tibbi avadanlıqları, ixtisaslı həkim heyəti və kompleks yanaşması ilə ən çətin klinik hallarda belə pasiyentlərin yanındadır.

RDM – Sağlamlığınızın Ünvanı!

RDM AI köməkçi
AI: Salam! Mən RDM AI köməkçisiyəm.

Sizə kömək edə bilərəm:
• Xəstəliklər haqqında məlumat
• Uyğun həkimi tapmaq
• Klinik xidmətlər barədə məlumat

Sualınızı yazın və mən sizə kömək edim.
Kardioloq varmı?MRT varmı?Uşaq həkimi varmı?Təcili yardım varmı?Analiz necə verilir?
913