Döş Xərçəngi ilə Mübarizə ayı 1-31 oktyabr

Ana səhifə Xəbərlər Döş Xərçəngi ilə Mübarizə ayı 1-31 oktyabr
01.10.2024
Döş Xərçəngi ilə Mübarizə Ayı hər il oktyabr ayında keçirilən beynəlxalq sağlamlıq kampaniyasıdır. 
Ayın məqsədi, dünyada 2.3 milyon qadını əhatə edən xəstəliyin müayinəsini və qarşısının alınmasını təşviq etməkdir.

Döş xərçənginin müxtəlif simptomları mövcuddur. Bəzi insanlarda heç bir simptomlar aşkar olunmaya bilir.

Simptomlara aşağıdakılar aid olunur:

  • Döşün ölçüsündə və ya formasında hər hansı bir dəyişiklik
  • Döşün hər hansı bir hissəsində ağrı
  • Ana südündən başqa axıntı (qan daxil olmaqla).
  • Döş və ya qoltuq altında yeni bir şiş

Sizi narahat edən əlamətlər varsa, dərhal həkiminizə müraciət etməyiniz tövsiyə olunur.
Unutmayın, sağlamlığınız ən dəyərli varlığınızdır!