BP-nin vitse-prezidenti Respublika Diaqnostika Mərkəzində miqrasiya tibbi müayinə xidmətləri ilə tanış olub

Ana səhifəXəbərlərBP-nin vitse-prezidenti Respublika Diaqnostika Mərkəzində miqrasiya tibbi müayinə xidmətləri ilə tanış olub
06.11.2026
BP şirkətinin Böyük Britaniya, Avropa və Xəzər regionu üzrə Sağlamlıq və Rifah sahəsinin vitse-prezidenti Dr. Eugene Gaal 4 noyabr tarixində Respublika Diaqnostika Mərkəzinə (RDM) səfər edib.

Səfərdə onu BP-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə sağlamlıq sahəsinin rəhbəri Anar Kərimov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə sənaye sağlamlığı üzrə qrup rəhbəri Şəhla Seyidova və MediClub Poliklinikanın baş həkimi Nigar Əzimova müşayiət ediblər.

Səfərin əsas məqsədi BP əməkdaşları üçün Respublika Diaqnostika Mərkəzində təşkil olunan miqrasiya tibbi müayinə xidmətləri ilə, bu istiqamətdə mövcud infrastruktur imkanları və tibbi xidmətin keyfiyyət standartları ilə yaxından tanış olmaq olub.
BP nümayəndə heyətinin Respublika Diaqnostika Mərkəzinə səfəri
Görüş çərçivəsində qonaqlar RDM-in baş direktoru vəzifəsini müvəqqəti icra edən Azər Rəhimov, müəssisənin rəhbər heyəti və aparıcı həkimləri ilə bir araya gəliblər. Müzakirələr zamanı miqrasiya müayinələrinin təşkili, xidmət prosesinin mərhələləri və BP əməkdaşları üçün yaradılan tibbi xidmət imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Rəsmi görüşdən sonra nümayəndə heyəti mərkəzin kliniki şöbələri və müasir infrastrukturu ilə tanış olub. Qonaqlara BP əməkdaşlarının miqrasiya tibbi müayinələrindən keçmə prosesi, müayinələrin təşkili, pasiyent məmnuniyyətinin təmin olunması istiqamətində görülən işlər və xidmətin ümumi gedişatı barədə ətraflı məlumat verilib.

Səfər Respublika Diaqnostika Mərkəzinin korporativ əməkdaşlıq çərçivəsində təqdim etdiyi tibbi xidmətlərin, infrastruktur imkanlarının və xidmət keyfiyyətinə yanaşmasının nümayişi baxımından əhəmiyyət daşıyıb.
RDM AI köməkçi
AI: Salam! Mən RDM AI köməkçisiyəm.

Sizə kömək edə bilərəm:
• Xəstəliklər haqqında məlumat
• Uyğun həkimi tapmaq
• Klinik xidmətlər barədə məlumat

Sualınızı yazın və mən sizə kömək edim.
Kardioloq varmı?MRT varmı?Uşaq həkimi varmı?Təcili yardım varmı?Analiz necə verilir?
RDM AI köməkçi
913
WhatsApp +994 50 229 81 90