Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans "Səhiyyədə müasir nailiyyətlər"

Ana səhifə Xəbərlər Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans "Səhiyyədə müasir nailiyyətlər"
09.09.2024
2 dekabr 2023-cü il tarixində Respublika Diaqnostika Mərkəzinin təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş  "Səhiyyədə müasir nailiyyətlər" adlı elmi-praktik konfrans keçirildi.

Son illərdə dünya standartlarına uyğun inkişaf yolunu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artmışdır. Bu gün ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklərin müalicə edilməsi, unikal və mürəkkəb əməliyyatların icrası, yeni metodların tətbiqi əhalinin sağlamlığının qorunması istiqamətində əsaslı inkişafa təkan vermişdir.

Konfransın məqsədi əldə olunmuş nailiyyətlər ətrafında fikir mübadiləsinin aparılması və sonradan bu məlumatların ictimaiyyətə çatdırılmasıdır.