Rezidentura pilləsini bitirənlər təltif olundu

Ana səhifəXəbərlərRezidentura pilləsini bitirənlər təltif olundu
04.12.2025

Rezidentura pilləsini uğurla başa vuran həkimlərimiz təltif olundu

04 dekabr 2025-ci il tarixində “Respublika Diaqnostika Mərkəzi” ASC-də müxtəlif ixtisaslar üzrə rezidenturanı uğurla tamamlayan həkim-rezidentlər üçün təltifetmə mərasimi keçirildi.

Tədbirdə çıxış edən klinikanın baş həkimi Könül Xəlilova və tibbi heyət nümayəndələri gənc həkimləri təbrik edərək, onların illərlə davam edən zəhmətinin və fədakarlığının nəticəsini yüksək qiymətləndirdilər. Hər bir iştirakçıya sertifikatlar təqdim edildi.

Bu tədbir, Respublika Diaqnostika Mərkəzinin tibb sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına verdiyi önəmi bir daha göstərdi.

Təltif olunan həkim-rezidentlər:

  1. Fətəliyeva Rəşidə Rəşadət qızıŞüa diaqnostikası (2021–2025)

  2. Şahalıyev Ziya Azad oğluUşaq ürək-damar cərrahiyyəsi (2020–2025)

  3. Zeynallı Fidan İlqar qızıAnesteziologiya-reanimatologiya (2022–2025)

  4. Sadıqlı Təbriz Zahid oğluTravmatologiya və ortopediya (2020–2025)

  5. Qasımlı Toğrul Elişən oğluAnesteziologiya-reanimatologiya (2022–2025)

  6. Qudavasov Cəlal Etibar oğluKardiologiya (2021–2025)

  7. Sahratova Leyla Urfan qızıPediatriya (2021–2025)

  8. Mustafazadə Şəlalə Ərrəhman qızıMamalıq-ginekologiya (2020–2025)

RDM ailəsi olaraq bütün həkimlərimizi səmimi-qəlbdən təbrik edir, gələcək fəaliyyətlərində daha böyük uğurlar və nailiyyətlər arzulayırıq.

Biz sizinlə fəxr edirik!

913