Ürəyinizi qoruyun, çünki içində sevdikləriniz var!

Ana səhifəXəbərlərÜrəyinizi qoruyun, çünki içində sevdikləriniz var!
29.09.2025

29 Sentyabr – Ümumdünya ürək günüdür!

Respublika Diaqnostika Mərkəzi (RDM) olaraq bu önəmli gündə ürək sağlamlığına diqqət çəkmək, xüsusilə yaşlı vətəndaşlarımızın kardioloji vəziyyətini yoxlamaq məqsədilə Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsini ziyarət etdik. Müəssisədə peşəkar kardioloqlarımız tərəfindən ürək-damar müayinələri aparıldı, vətəndaşlara sağlamlıqları ilə bağlı tövsiyələr verildi.

Dünya üzrə hər il 20.5 milyon insan ürək xəstəliklərindən həyatını itirir. Halbuki bu halların 80%-i vaxtında diaqnoz və mütəmadi müayinələrlə qarşısı alına bilər.

Əgər siz də ürək döyüntüsü, təzyiq, nəfəs darlığı və ya digər kardioloji əlamətlər hiss edirsinizsə, kardioloji müayinə üçün Bakıda ixtisaslaşmış tibb mərkəzi axtarırsınızsa, RDM sizin üçün doğru ünvandır!

RDM — Sağlamlığınızın ünvanı!  

913